"CBC Sport" kanalının rəhbəri infarkt keçirdi

17
sen
2018
14:31
"CBC Sport" telekanalının baş direktoru Volkan Üst infarkt keçirib. Bu barədə onun həyat yoldaşı Özgü Uzun şəxsi "İnstragram" hesabından paylaşım edib. O, V.Üstün Mərkəzi Klinikada əməliyyat olunduğunu və hazırda müalicəsinin reanimasiya şöbəsində davam etdiyini bildirib. "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov isə “Report”a açıqlamasında deyib ki, hazırda telekanal rəhbərinin həyatı üçün ciddi bir təhlükə yoxdur: “Volkan bəy hazırda reanimasiyadadır. Təxminən, 3-4 gün yataq rejimində olmalıdır. Daha sonra sağlam həyata qayıdacaq. Artıq kritik dövr geridə qalıb”.Qeyd edək ki, Volkan Üst "CBC Sport"a 2016-cı il yanvarın 16-dan rəhbərlik edir.BAKU.WS
Oxşar xəbərlər
“Şerif” – “Qarabağ” oyununa baxmaq istəyənlərə pis xəbər
“CBC Sport” telekanalı bəyan edir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 23-də keçiriləcək “Şerif” – “Qarabağ” görüşünü yayımlaya bilməyəcək....