Bundesliqa klubunda baş məşqçi istefası reallaşdı - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın "Leypsiq" klubu baş məşqçisi Marko Rousu istefaya göndərib.
BAKU.WS fanat.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi qərarını "X" sosial media hesabı (Twitter) üzərindən açıqlayıb.
Onun köməkçiləri Aleksandr Zikler, Marko Kurt, Frank Heydek və Frenk Eqiq də öz vəzifələrini tərk ediblər. Klub yaxın vaxtlarda mövsümün sonuna kimi komandanı kimin çalışdıracağını açıqlayacaq.
48 yaşlı mütəxəssis 2022-ci ilin sentyabrından "Leypsiq"in baş məşqçisi vəzifəsini icra edirdi. "Buğalar" onun rəhbərliyi altında Almaniya kuboku və Superkubokunun qalibi olub.
Almaniya Bundesliqasının 27 turundan sonra "Leypsiq"in 42 xalı var və altıncı yerdədir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...