Bu ölkədə futbol hakimlərinə tatuaj və pirsinq qadağan edildi

Bu ölkədə futbol hakimlərinə tatuaj və pirsinq qadağan edildi
İdman 40

Rusiyalı futbol hakimlərinə tatuaj və pirsinqlə işləmək qadağan edilib.

BAKU.WS xəbər verir ki, bu barədə “Sport-Express” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hakimlərdən bütün döymələri örtmək tələb olunub. Matç zamanı onlar oyunçulara, məşqçilərə və tamaşaçılara görünməməlidir

Bundan əlavə, bütün hakim və köməkçilərə pirsinq və zinət əşyalarının taxılmasının qadağan edilməsi xatırladılıb. Matç zamanı bütün zinət əşyaları çıxarılmalıdır.

Qeyd edək ki, Rusiya klubları və milli komandaları Beynəlxalq Futbol Federasiyası və Avropa Futbol Assosiasiyaları İttifaqının qərarı ilə 2022-ci ilin fevral ayından etibarən beynəlxalq turnirlərdə iştirak etmirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər