Bu ölkə də Olimpiadadan imtina edib
23
fev
2017
17:12
Macarıstanın paytaxtı Budapeşt 2024-cü ilin Olimpiya oyunlarına ev sahibliyi müraciətini geri götürəcək.
BAKU.WS-in Unikal.org-a istinadən xəbər verir ki, bu barədə qərar Macarıstanın hökumət rəhbəri Viktor Orban, Budapeşt meri İştvan Tarloş və Milli Olimpiya Komitəsinin sədri Jolt Borkainin birgə görüşündən sonra verilib.
Beləliklə, 2024-cü ilin Yay Olimpiya oyunlarına ev sahibliyinə namizəd iki şəhər qaldı - Paris və Los-Anceles. Daha öncə Hamburq və Roma da 2024-cü il Olimpiya oyunlarını keçirməkdən imtina etmişdi.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Vitali Rəhimovun olimpiya medalı əlindən alındı
"Güləşçi Vitali Rəhimovun Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal geri alınıb”. BAKU.WS xəbər verir ki, bunu AzVision.az-a eksklüziv açıqlamasınd...