Bu müdafiəçi oyun sayına görə əfsanəvi qapıçıya çatdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Yuventus"un futbolçusu Leonardo Bonuççi İtaliya millisinin heyətində 112-ci oyununa çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İspaniya seçməsinə qarşı UEFA Millətlər Liqasının final mərhələsinin yarımfinal matçında iştirak edən 34 yaşlı müdafiəçi yığmada ən çox görüş keçirmiş yerli oyunçuların siyahısında 7-ci pilləyə yüksəlib.
Təcrübəli futbolçu bu göstərici ilə millinin əfsanəvi qapıçısı Dino Zoffa çatıb.
"Barselona"nın yarımmüdafiçisi Qavi isə İspaniya millisinin formasını geyinən ən gənc futbolçu kimi tarixə düşüb. İtaliya ilə oyuna start heyətində başlayan futbolçu 17 yaş 62 günlüyündə meydana çıxıb.
Qeyd edək ki, Milan şəhərindəki "San-Siro" stadionunda keçirilən matçda ilk hissə oynanılır və İtaliya yığması hesabda geridədir - 0:1.
Qalereya
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Millimiz Kipri məğlub etdi - VİDEO (YENİLƏNİB)
Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyununun birinci hissəsi başa çatıb. BAKU.WS xəbər verir ki, Nikosiyadak...