Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ı, "Şamaxı" "İmişli"ni qəbul edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək.
BAKU.WS xəbər verir ki, əvvəlcə "İmişli" Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq.
Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.
"Qarabağ" 46 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir. "Şamaxı" 26 xalla səkkizinci, 21 xala malik "İmişli" isə doqquzuncudur.
Misli Premyer Liqası
XXIII tur
8 mart
15:00. "Şamaxı" – "İmişli"
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu
19:15. "Qarabağ" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" və "Karvan-Yevlax" kollektivləri bərabərə qalıb - 1:1.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...