Bu futbolçular tez-tez klub DƏYİŞİBLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol tarixində karyerası boyunca tez-tez klub dəyişən oyunçular "səyahətçi" futbolçular kimi tanınır.
BAKU.WS xəbər verir ki, araşdırmalara görə, peşəkar futbol tarixində ən çox klubda çıxış etmiş oyunçu Uruqvaylı hücumçu Sebastyan Abreu olub. O, karyerası ərzində 31-dən çox kluba transfer olub və bu göstərici ilə Guinness Rekordlar Kitabına düşüb.
İngiltərə qapıçısı Con Berric isə 29 klubda çıxış edərək rekordçular sırasına daxil olub. Alman qolkiper Luts Pfannenshtayl karyerası boyunca 25-ə yaxın klubun formasını geyinib. Braziliyalı ulduz Rivaldo müxtəlif ölkələrdə oynayaraq 15 klubda çıxış edib, İngiltərəli hücumçu Markus Bent isə 17 klubda çıxış etməsi ilə diqqət çəkib.
Ekspertlər bildirir ki, bu futbolçuların tez-tez klub dəyişməsi onlara müxtəlif təcrübə qazandırsa da, bəzən stabil oyun tapmaqda çətinliklər yaradıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...