Bu futbolçular Belarusla oyundan əvvəl yığmadan kənarlaşdırılıb

Azərbaycan yığmasının bu gün Belarusa qarşı keçirəcəyi UEFA Millətlər Liqasının II tur matçı üçün "23-lüy"ü müəyyənləşib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi sərəncamındakı futbolçulardan 3-nü oyunun iştirak ərizəsindən kənarda saxlayıb.
Bunlar Polşanın "Visla" (Plotsk) komandasından Anton Krivotsyuk, həmçinin "Qarabağ"ın mərkəz müdafiəçisi Bədavi Hüseynov və cinah oyunçusu Toral Bayramovdur.
Krivotsyuk ilk turun səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzduqları görüşdə də "23-lük"dən kənarda qalmışdı. Onunla birlikdə "Qarabağ"ın daha bir cinah oyunçusu Abbas Hüseynov və "Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev də iştirak ərizəsində yer almamışdı.
Qeyd edək ki, bu gün Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oxşar xəbərlər
Anton Krivotsyuk: "Yenidən "Neftçi" ilə eyni meydanı bölüşmək əla hissdir"
"Keçmiş komanda yoldaşlarımla görüşmək və eyni meydanı bölüşmək əla hissdir". BAKU.WS "Report"a istinadən xəbər verir ki, Polşanın "Visla" (Plotsk) klubunun fut...