Brunu Gimaraeş "Nyukasl"da qalmaq qərarına gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Nyukasl" klubunun futbolçusu Brunu Gimaraeş gələcək karyerası ilə bağlı qərarını verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı yarımmüdafiəçi "Mançester Yunayted"in ciddi marağına baxmayaraq, hazırkı komandasını tərk etmək niyyətində deyil.
Futbolçunu "sağsağanlar"ın düşərgəsindəki mövcud vəziyyət tam qane edir.
Gimaraeşin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Hazırda transfer dəyəri 75 milyon avro qiymətləndirilən yarımmüdafiəçi komandasının əsas heyət üzvlərindən hesab olunur.
Qeyd edək ki, təcrübəli oyunçu cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi 23 qarşılaşmada 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...