Britaniyalı nazir italiyalı azarkeşlərə xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps italiyalı futbol azarkeşlərinə 11 iyulda Londonda keçiriləcək AVRO-2020-nin finalında iştirakdan imtina etməyi tövsiyə edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, nazir bu barədə fikirlərini “Times” radiosunun efirində səsləndirib.
“Onları heç bir yerə buraxmayacaqlar”, - deyə Qrant Şepps vurğulayıb.
Nəqliyyat naziri əlavə edib ki, Krallıqdakı karantin qadağaları nəticəsində İngiltərəyə bir çox çarter və birbaşa uçuşlar ləğv edilib.
Qeyd edək ki, AVRO-2020-nin final oyununda İtaliya ilə İngiltərə yığmaları üz-üzə gələcək.
Final qarşılaşması iyulun 11-də “Uembli” stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
UEFA Şmeyxelə görə ingiltərəli azarkeşləri cəzalandıracaq
Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) AVRO-2020-də İngiltərə və Danimarka (2:1) yığmaları arasında keçirilmiş yarımfinal oyunu ilə əlaqədar intizam i...