Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanı Gürcüstanın paytaxtı Tbilisidəki Böyük Dəbilqədə 81 kq çəki dərəcəsində təmsil edən cüdoçu Elcan Hacıyev və Zelim Tçkayev bürünc medal görüşünə çıxıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Hacıyevin rəqibi italiyalı Titsiano Falkone olub. Azərbaycanlı cüdoçu rəqibini 37 saniyəyə məğlub edib.
Tçkayev isə özbəkistanlı Şarofiddin Boltaboyevlə görüşündə qızıl xal bölümündə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan millisi ikinci yarış gününü bürünc medalla başa vurub.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.
Oxşar xəbərlər
Avropa Kuboku: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı - YENİLƏNİB
Azərbaycan cüdoçusu Zelim Tçkayev Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda final görüşünə çıxıb. BAKU.WS "Report"un məlumatına görə, 81 kq çə...