Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib
İdman 83

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nadav Zuratı (İsrail) məğlub edib.

29 yaşlı idmançı 1/4 finalda Yersultan Muzapparova (Qazaxıstan) qalib gəlib. Mehdiyev yarımfinalda Erlan Şerovu (Qırğızıstan) üstələyib.

Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margianiyə (Gürcüstan) yenilib.

100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarı (Monqolustan), Elmar Qasımov isə Robert Florentinonu məyus edib (Dominikan Respublikası). Kotsoyev 1/4 finalda Qasımovu məğlubiyyətə uğratsa da, İliya Sulamanidzenin (Gürcüstan) müqavimətini qıra bilməyib.

Qasımov isə təsəlliverici görüşdə Eduard Serbana (Rumıniya) uduzub. Kotsoyev bürünc medal uğrunda görüşə çıxacaq.

Nəhayət, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzeyə (Gürcüstan) məğlub olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər