"Botafoqo" Pedro Bikalyo üçün yenidən rəsmi təklif göndərdi
Yeniliklərdən dərhal xəbərdar olun
Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonun transferi üçün ikinci dəfə rəsmi müraciət edib.
BAKU.WS xəbər verir ki, "Globo"nun məlumatına görə, klub bu dəfə də futbolçunu satınalma hüququ ilə icarəyə götürmək istəyir, lakin əvvəlki təkliflə müqayisədə ödəniş məbləğini artırıb.
Rio-de-Janeyro təmsilçisinin əsas hədəflərindən biri Bikalyonu heyətinə qatmaqdır və transfer pəncərəsində oyunçu klubun prioritetləri sırasında yer alır. Bundan əlavə, "Botafoqo"nun "Ferentsvaroş"un futbolçusu və "Qarabağ"ın sabiq üzvü Xulio Romaonu da transfer etmək istiqamətində danışıqları davam etdirdiyi bildirilir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...