Boksçumuz Məhəmməd Abdullayev Avropa Oyunlarında bürünc medalı təmin edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.
Dünya çempionatının mükafatçısı dörddəbir finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.
Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. M.Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. M.Abdullayevdən əvvəl Murad Allahverdiyev (80 kq) də dörddəbir final döyüşünü qələbə ilə bitirib.
Qeyd edək ki, Avropa Oyunlarında yarımfinal döyüşləri iyunun 30-da olacaq.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək “Paris-2024”ə lisenziya qazanıb - FOTO
Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların dörddəbir final mərhələsinə start verilib. Yarımfinala gedən yolda Azərbaycan millisinin heyətində...