Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb
Foto
İdman 26

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, yarışlarda 10 Qarabağ və 10 Dilbaz atı iştirak edib.

Günün ilk yarışında 3 yaşlı Qarabağ atları 1400 metr məsafəyə çıxıblar. Ramal Əliyev "Yıldız" ləqəbli atla finiş xəttini birinci keçib. Hilal Nəzərovun "Asya" atı ikinci, Orxanbəy Hacıyevin idarə etdiyi "Kalibr" isə üçüncü olub.

4 yaşlı Dilbaz atlarının 1800 metr məsafəyə yarışında Orxanbəy Hacıyev "Zəmzəm"lə qalib gəlib. Ramal Əliyev "Tomris"lə ikinci, Hilal Nəzərov isə "Lavin"lə üçüncü olub.

5 yaş və daha böyük Qarabağ atlarının 2000 metr məsafəyə yarışında Orxanbəy Hacıyevin "Xatun" atı birinci olub. Hilal Nəzərovun idarə etdiyi "Sultan" ikinci, Mahmud Ağazadənin "Pablo"su isə üçüncü yeri tutub.

Günün ən maraqlı mübarizəsi 5 yaş və yuxarı Dilbaz atlarının 2000 metr məsafəyə yarışında qeydə alınıb. Hilal Nəzərovun "Bar-Bar", Ramal Əliyevin "Senator" və Sadiq Azayevin "Dərviş" atları finiş xəttini cəmi iki saniyə ərzində müvafiq olaraq birinci, ikinci və üçüncü keçiblər.

Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışları sentyabrın 19-da keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər