"Beşiktaş"da bir nömrəli şəxs istefa verdi
Türkiyə Trendyol Süper Liqasında "Göztəpə" klubuna 2:4 hesabı ilə məğlub olan "Beşiktaş" klubunda ciddi dəyişikliklər yaşanır.
BAKU.WS HEBERLER.COM-a istinadən xəbər verir ki, klubun prezidenti Hasan Arat vəzifəsindən istefa edib. Aratın yerinə Hüseyn Yücel bu posta təyin olunub.
Klubdan ictimaiyyətə etdiyi açıqlamada bildirilir:
"27.11.2024-cü il tarixində keçirilən İdarə Heyətinin iclasında Hasan Aratın Futbol A.Ş-dəki İdarə Heyətinin sədri və üzvü vəzifəsindən istefası qəbul edilib. Boş qalan sədr vəzifəsinə Hüseyn Yücel təyin olunub və bu qərar ilk ümumi yığıncaqda təsdiq ediləcək."
Hasan Arat Futbol A.Ş-dəki vəzifəsindən ayrılmasına baxmayaraq "Beşiktaş Jimnastik Kulübü İdarə Heyətinin Sədri" kimi fəaliyyətini davam etdirəcək. Bundan sonra Futbol A.Ş-də futbol əməliyyatlarına Hüseyn Yücel, Onur Göçmez və Mete Vardar rəhbərlik edəcək.
"Beşiktaş"da dəyişikliklər yalnız Hasan Aratla bitməyib. Futbol komandalarının ümumi koordinatoru Samet Aybaba və İdarə Heyətinin müşaviri Bradley Howard Friedel ilə yollar ayrılıb. Bundan əlavə, Mediya və Əlaqələr Qrupu Koordinatoru Okay Karacan da klubdan ayrılıb.
Bu qərarlar klub daxilində və azarkeşlər arasında böyük rezonans doğurub.
Oxşar xəbərlər
Qvardiola Çempionlar Liqası matçından sonra üzündəki cızıqlarla bağlı açıqlama yayıb
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında Hollandiya "Feyenoord"u ilə matçda (3:3) üzündə yaranan cızıqların səbəbi...