"Beşiktaş" "Qalatasaray"ı darmadağın edərək Türkiyə Super kubokunu qazandı
04
avq
2024
08:08
Futbol üzrə Türkiyə Super kubokunun yeni sahibinin adına aydınlıq gəlib.
BAKU.WS xəbər verir ki, ötən mövsüm çempion olmuş "Qalatasaray" kuboku klub muzeyinə aparmış "Beşiktaş"la üz-üzə gəlib. Qarşılaşma "Qara qartal"ın "Cim-Bom"u darmadağın etməsi ilə yekunlaşıb - 5:0. Qarşılaşmada hesabı oyunun 21-ci saniyəsində italiyalı futbolçu Ciro İmmobile açıb.
"Beşiktaş"ın baş məşqçisi Covanni Van Bronkhorst Jan Tiqanadan sonra İstanbul təmsilçisi ilə Super kuboku qazanan ilk əcnəbi baş məşqçi olub.
Oxşar xəbərlər
Futbol tarixinin ən yaxşı 30 stadionu - FOTO
Futbol klublarının məbədi olan stadionlar futbolun ən mühüm komponentlərindəndir. Klubların evi olan, tribunaların coşqunun meydanda əks olunduğu bu stadionlar...