"Beşiktaş" Burak Yılmazla yolları ayırdı - FOTO
"Beşiktaş" klubu Burak Yılmazla yolları ayırdığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.
Rəhbərlik baş məşqçisi postunu müvəqqəti icra edən Burak Yılmazın öz istəyi ilə yollarını ayırdığı bildirib.
Qeyd edək ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəşin istefasından sonra bu vəzifə onun köməkçisi Burak Yılmaza həvalə edilmişdi.
"Beşiktaş" ötən gün UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunun ev oyununda Norveçin "Budyo-Qlimt" klubuna 1:2 hesabı ilə uduzub.
Burak Yılmaz'a Emekleri İçin Teşekkür Ederiz
— Beşiktaş JK (@Besiktas) November 10, 2023
10 Ekim 2023 tarihinden bu yana Futbol A Takımımızın Teknik Sorumluluğu görevini yürüten Burak Yılmaz ile yollarımız kendisinin isteği üzerine ayrılmıştır.
Burak Yılmaz’a emekleri için teşekkür eder, bundan sonraki kariyerinde… pic.twitter.com/Q17OmFz5vo
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" "Molde"yə qalib gəldi - YENİLƏNİB - VİDEO
“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başa çatıb. Qarşılaşma Ağdam təmsilçisinin 1:0...