"Beşiktaş" "Barselona"dan futbolçu alır - Danışıqlar başlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Beşiktaş" "Barselona"dan Oriol Romeunu heyətinə qatmaq üçün klubu ilə danışıqlara başlayıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, qara-ağlar ispan futbolçu üçün 2 milyon avroluq transfer təklif edib və tərəflər arasında danışıqlar davam edir.
Xavinin əsas heyətdə oynatmadığı Romeunun da gələn təkliflərə açıq olduğu bildirilib.
2023-cü ilin iyulunda 3,4 milyon avroya "Jirona"dan "Barselona"ya transfer olunan Romeunun müqaviləsi 2026-cı ilə qədər davam edir.
Qeyd edək ki, 32 yaşlı təcrübəli futbolçu əvvəllər "Çelsi", "Valensiya", "Ştutqart" və "Sauthempton"da çıxış edib.
Qalereya
Oxşar xəbərlər
“Jirona”dan geridönüş, “ağ-qırmızılar” liderliyə yüksəldilər - VİDEO
Futbol üzrə İspaniya çempionatının XV turunda “Jirona” “Valensiya”nı qəbul edib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, oyunda ilk fərqlənən tərəf “Valensiy...