"Bayern" "Barselona"nın əsas transfer hədəfini əlindən almaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
"Atletik"in və İspaniya millisinin cinah oyunçusu Niko Uilyamsa yeni klub "elçi düşüb".
BAKU.WS xəbər verir ki, insayder Florian Plettenberq sosial şəbəkələrdə 22 yaşlı futbolçunun "Bayern"nin maraq dairəsinə düşdüyünü bildirib.
Məlumata görə, "Bayern"ə gələn yay Serj Qnabri, Leroy Sane və Kinqsli Komanla bağlı vəziyyətin fonunda hücum cinahlarını gücləndirmək istəyir.
Münhen skautları Uilyamsın oyununu izləyirlər. Müqavilənin təxmin edilən məbləği 50-60 milyon avro ola bilər.
Qeyd edək ki, media daha əvvəl Uilyamsın transferinə əsas iddiaçı kimi Kataloniya Barselonasının adını çəkmişdi. Futbolçunun özünün də bu kluba keçmək istədiyi iddia edilir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...