"Bayer"dən "Qarabağ" zarafatı: "Onlarla düşməyəcəyik, elə deyil?"

UEFA Çempionlar Liqasının qrup mərhələsi üçün püşkatma öncəsi "Bayer 04 Leverkuzen" sosial şəbəkədə maraqlı paylaşım edib.
BAKU.WS-in məlumatına görə, klubun rəsmi "X" hesabında məşhur "Star Wars" ("Ulduz müharibələri") filmindən götürülən bir "meme" yayımlanıb.
Paylaşımda "Bu gün Çempionlar Liqasının püşkatmasıdır!" cümləsi yazılıb, daha sonra isə "Əla! Qarabağla düşməyəcəyik, elə deyil?" ifadəsi diqqət çəkib.

Bu zarafatın səbəbi isə Almaniya təmsilçisinin ötən mövsüm Avropa Liqasının 1/8 mərhələsində "Qarabağ"la dramatik qarşılaşmasıdır. Ağdam klubu həmin matçda son dəqiqələrə qədər üstünlüyü qorumuş, lakin əlavə vaxtda "Bayer" qələbəni ələ keçirərək növbəti mərəhələyə yüksəlmişdi.
Paylaşım qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. Azarkeşlər "Qarabağ"ın Çempionlar Liqasına yüksəlişinin böyük təsir yaratdığını və Avropada ciddi rəqib kimi qəbul edildiyini vurğulayıblar.
Oxşar xəbərlər
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun məkanı bəlli oldu
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) 2026-cı il mayın 18-22-də baş tutacaq. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, genişmiqyaslı tədbir Bakı O...
