Basketbol üzrə milli komandamız Avropa Çempionatının yarımfinalında
Yeniliklərdən dərhal xəbərdar olun
Kiçik ölkələr arasında keçirilən Avropa Çempionatında milli komandamız 1/4 final mərhələsində San Marino seçməsi ilə qarşılaşıb.
BAKU.WS xəbər verir ki, ilk dəqiqələrdən oyuna fəal başlayan yığmamız yekunda parketdən 68-51 hesablı qələbə ilə ayrılıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev seçilib.
Qeyd edək ki, yığmamız bu qələbədən sonra adını turnirin 1/2 final mərhələsinə yazdırıb. Yarımfinalda rəqibimiz Malta komandası olacaq. Oyun 2 iyul tarixində Bakı vaxtı ilə saat 18.15-də start götürəcək.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...