“Barselona”nın sabiq futbolçusu Azərbaycan çempionatında qeyri-adi hərəkətlə gündəmə gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilmiş “Sumqayıt” - “Sabah” oyununda maraqlı hadisə baş verib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, qarşılaşmanın 61-ci dəqiqəsində qonaq komandanın futbolçusu Kristian Sebalyos top rəqib qapıçı İlnur Valievin əlində olarkən başı ilə topu ondan alıb boş qapıya vurub. Matçın baş hakimi Cavid Cəlilov qayda pozuntusunu qeydə alaraq, qolu saymayıb.
“Barselona”nın yetirməsi olan, K.Sebalyosun qeyri-adi hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.Qeyd edək ki, matç “Sabah”ın qələbəsi ilə başa çatıb - 4:0. Oyunda son qolu da 72-ci dəqiqədə elə Sebalyos vurub.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"...