"Barselona"ya yaxşı təklif gəlsə, qışda bu futbolçunu sata bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Kataloniyanın "Barselona" klubu futbolçu üçün sərfəli təklif alacağı təqdirdə müdafiəçi Ronald Arauxonu bu qış sata bilər.
BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın məşhur "Marca" internet nəşri məlumat yayıb.
Bildirilib ki, uruqvaylını satmaq Blauqrananın planlarına daxil deyil.
Xatırladaq ki, daha əvvəl Arauxonun yeni müqavilə ilə bağlı "Barselona" ilə prinsipial razılığa gəldiyi barədə məlumat yayılmışdı.
Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Arauxo bu mövsüm bütün turnirlərdə iki oyun keçirib və məhsuldar ötürmə edib.
Transfermarkt internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 55 milyon avrodur.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...