"Barselona"ya getmək istəyən Alvarezə Simeonedən gözlənilməz mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
Madridin "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone hücumçu Xulian Alvarezlə gələcək münasibətləri barədə danışıb.
BAKU.WS "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, futbolçu "Barselona"ya keçməsinə icazə verilməsini tələb edir və qəsdən məşqlərə qatılmır.
Lakin "Atletiko" rəhbərliyi açıq şəkildə bəyan edib ki, əsas rəqiblərindən biri olan "Barselona"ya hücumçusunu buraxmaq niyyətində deyil.
Simeone Alvarez komandaya qayıdacağı təqdirdə münasibətləri düzəltməyə hazır olduğunu bildirib:
"Xulian Alvarez komandaya qayıdanda onun özünü vacib futbolçu kimi hiss etməsi üçün lazım olan hər şeyi edəcəyik. Xulian yaranmış vəziyyəti düzəldə bilərmi? Həyatda sağlamlığımız olduğu müddətdə hər şeyi dəyişmək mümkündür".
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...