"Barselona" sabiq baş məşqçisinə 4 milyon avro təzminat ödəyəcək

Barselona sabiq baş məşqçisinə 4 milyon avro təzminat ödəyəcək
İdman 83

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyenin Kataloniya təmsilçisindən alacağı təzminatın məbləği bəlli olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, klub vaxtından əvvəl istefaya göndərdiyi 63 yaşlı mütəxəssis 4 milyon avro ödəyəcək.

Bu, "Barselona"ya dekabrın 20-nə planlaşdırılan dəbbə pulunun ödənilməsi məsələsi ilə bağlı məhkəmə prosesindən yayınmağa imkan verəcək. Daha əvvəl bildirilib ki, Setyen məhkəmədə qələbə qazanacağı təqdirdə klubdan 14 milyon avro ala bilər.

Qeyd edək ki, Kike Setyen 2020-ci ildə "Barselona"ya rəhbərlik edib. O, "Bavariya"ya 2:8 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının oyunundan sonra qovulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər