"Barselona" El Klassiko tarixində unikal nailiyyətə imza atıb

Bazar günü, yanvarın 12-də İspaniya Superkubokunun final matçı baş tutdu və "Real Madrid" və "Barselona" komandaları qarşılaşdı.
Komandalar Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki neytral "King Abdullah Sports City" stadionunda üz-üzə gəldilər. Matç sonrası "Barselona" meydançanı inamlı qələbə ilə tərk etdi.
BAKU.WS "Opta Sport"a istinadən xəbər verir ki, "Barselona" "Real Madrid"i 5:2 hesabı ilə darmadağın edib və "Los Blancos"la qarşılaşma tarixində unikal rekorda imza atıb.
Bu, "El-Klasiko" tarixində ilk dəfədir ki, "Barselona" ardıcıl iki matçda dörd və ya daha çox qol vurur. Flikin komandası La Liqanın 11-ci turunda "Real Madrid"lə əvvəlki matçda 4:0 hesabı ilə qalib gəlib.
Sonuncu dəfə bir komanda bunu 1963-cü ildə bacarmışdı, o zaman "Real" "Barselona"nı ardıcıl iki dəfə (5:1, 4:0) məğlub etmişdi.
Oxşar xəbərlər
"Neftçi" klubu Vensan Abubakarı transfer etdiyini açıqlayıb
"Neftçi" klubu yeni transferini açıqlayıb. BAKU.WS paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı Vensan Abubakarla müqavilə imzalan...
