"Barselona" bu futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Xuan Mata karyerasını yenidən İspaniyada davam etdirə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Barselona" 33 yaşlı pleymeykeri heyətinə qatmaq niyyətindədir.
Kataloniya təmsilçisi Matanı ötən yay transfer etmək istəsə də, oyunçu "qırmızı şeytanlar"la müqaviləni yeniləməyi üstün tutub. O, cari mövsüm az forma şansı qazandığı üçün klubunu dəyişməyi planlaşdırır.
"Barselona" ispaniyalı yarımmüdafiəçini yayda azad agent kimi heyətinə cəlb etmək istəyir.
Qeyd edək ki, Xuan Mata 2014-cü ildə "Çelsi"dən "Mançester Yunayted"ə keçib. O, 2007 - 2011-ci illərdə ölkəsində "Valensiya"nın uğurları üçün çalışıb.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...