Ballak 18 yaşında ölən oğlunun dostu ilə eşq yaşayır
26
sen
2024
17:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol əfsanəsi Mixail Ballak özündən 25 yaş kiçik olan model Sofiya Şnayderhanla eşq yaşayır.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Sofiya futbolçunun 18 yaşında qəzaya düşərək ölən oğlunun yaxın dostu olub.
Yaş fərqi ətrafdakılar tərəfindən müsbət qarşılanan münasibətlərdə problem deyil. Ballak 2021-ci ildə avtomobil qəzasında 18 yaşlı oğlu Emilionu itirib.
Oğlunun dostu Sofiya ilə yaxınlaşan Ballakın çətin dövrünü bu münasibət sayəsində keçdiyi bildirilir. Cütlük sosial şəbəkədə xoşbəxt görüntülər paylaşır.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...