Balabəy Ağayev: "Psixoloji və fiziki baxımdan özümü tam hazır hiss edirdim"
Yeniliklərdən dərhal xəbərdar olun
Parisdə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) həm psixoloji, həm də fiziki baxımdan turnirə tam hazır olub.
BAKU.WS xəbər verir ki, idmançı bunu "Report"a açıqlamasında deyib.
O, gərgin keçən yarışa yüksək səviyyədə hazırlaşdığını bildirib:
"Yarış çətin keçdi, buna baxmayaraq, çox yaxşı hazırlaşmışdım. Demək olar ki, bütün əsas rəqiblərim bu turnirdə iştirak edirdilər. Həm psixoloji, həm də fiziki baxımdan özümü tam hazır hiss edirdim. Hər gün yeni nəsə öyrənməyə çalışıram. Məşqçilərim sağ olsunlar, mənə hər zaman dəstək olurlar. Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum. Federasiyamız hər zaman bizə böyük verib. Həm mənəvi, həm də maddi baxımdan bizim üçün hər şeyin ən yaxşısını etməyə çalışırlar. Bu diqqət və qayğı daha yaxşı inkişaf etməyimizə, uğurlar qazanmağımıza böyük kömək olur".
Qeyd edək ki, B.Ağayev "Böyük Dəbilqə" turnirinin finalında ukraynalı Dilşot Xalmatova qalib gələrək qızıl medal qazanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...