Bakıda təşkil olunan dünya çempionatının 1/8 final mərhələsinin biletləri satışa çıxarılıb
26
may
2025
17:58
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə biletlər satışa çıxarılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 1/8 final görüşlərinin biletləri 5-8 manat təşkil edir.
Hələlik Milli Gimnastika Arenasının aşağı tribunalarına yerlər satışa çıxarılıb.
Qeyd edək ki, yarışın 1/8 final matçları hər gün dörd oyun olmaqla 27-28 mayda gerçəkləşəcək. Bir biletlə günün bütün qarşılaşmalarını izləmək mümkündür.
Azərbaycan milli komandası 1/8 final mərhələsi çərçivəsində sabah saat 20:30-da son dünya çempionu Rumıniyanı sınağa çəkəcək.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Dinamo"ya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"
"Neftçi"nin futbolçuları Dinamo"ya qalib gəlmək üçün əllərindən gələni edəcəklər. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Neftçi"nin baş məşqçisi...