Bakıda təşkil olunacaq "UFC Fight Night"la bağlı DETALLAR
05
iyn
2025
13:45
İyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"la bağlı bütün detallar açıqlanıb.
BAKU.WS xəbər verir ki, gecədə əsas və ilkin kartın hərəsində 6 olmaqla, ümumilikdə 12 döyüş baş tutacaq.
"Baku Crystall Hall"da keçiriləcək yarışda oktaqona öncə saat 20-dən etibarən ilkin kartın iştirakçıları çıxacaqlar.
Saat 23-də isə əsas kartda mübarizəyə start veriləcək.
Yerli publika önündə 3 azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və bu yaxınlarda UFC ilə müqavilə bağlamış Tofiq Musayev döyüşəcəklər.
Oxşar xəbərlər
"Kayserispor" daha bir rus futbolçunu transfer etmək istəyir
Türkiyənin "Kayserispor" klubu Yunanıstanın PAOK komandasının mərkəz hücumçusu Fyodor Çalovun transferi ilə bağlı danışıqlara start verib. BAKU.WS xəbər verir...