Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
"IRONMAN 70.3 Baku" yarışında ilk finiş edən xorvatiyalı triatlonçu Matej Jukiç yarışdan sonra təəssüratını bölüşüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Xorvatiyanın kiçik şəhərlərindən birindən olduğunu bildirən idmançı Bakıda göstərdiyi nəticədən razı qaldığını deyib.
O qeyd edib ki, bu, onun şəxsi ən yaxşı nəticəsi deyil:
"Ümumilikdə yarışdan çox razıyam. Qaçış mərhələsində son kilometrə yaxın komanda yoldaşım mənə dedi ki, birinci olmaq istəyirəmsə, sürətimi artırmalıyam. Mən də son kilometrdə tempimi yüksəltdim və nəticədə finişə ilk çatdım. İkinci yeri tutan idmançı ilə aramızda cəmi bir saniyə fərq oldu".
Jukiç qaçış mərhələsinin, adətən, onun üçün ən rahat hissə olduğunu, lakin bu dəfə vəziyyətin fərqli olduğunu bildirib:
"Adətən, qaçış mənim üçün ən asan mərhələdir. Amma bu dəfə çox çətin keçdi. Bu, yarım IRONMAN-dir. Qarşıda isə tam IRONMAN məni gözləyir. İki həftədən sonra tam məsafəli yarışda iştirak edəcəyəm və artıq ona hazırlaşıram".
Xorvatiyalı triatlonçu son anda birinci olduğunu öyrənməsinin yaratdığı hisslərdən də danışıb:
"Bu, inanılmaz emosiyadır. Eyni zamanda, ikinci olan idmançı üçün heyifsilənirəm. Çünki finişə çatmağımda və sürətimi artırmağımda onun böyük rolu oldu. Mənə son kilometrdə sürətimi artırmağı məsləhət gördü və nəticədə birinci oldum, ən yaxşı nəticəmi göstərdim".
Qeyd edək ki, "IRONMAN 70.3 Baku" yarışında 62 ölkədən 1 500-dən çox triatlonçu iştirak edir. İdmançılar ümumilikdə 113 kilometr məsafə qət edirlər. Yarış 1.9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21.1 kilometr qaçış mərhələlərindən ibarətdir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...