Bakıda idman zalının tikintisi üçün 1,6 milyon manat ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və İdman Nazirliyi Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən idman zalının tikintisi işlərinin davam etdirilməsi üçün yeni tender elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, tenderin dəyəri 1 milyon 619 min manat olaraq müəyyən edilib.
Layihə çərçivəsində obyektin rabitə və siqnalizasiya sistemlərinin, o cümlədən televiziya, telefon və mikrofon xətlərinin çəkilməsi, həmçinin tv yuvalı rozetkaların və metal konstruksiyaların quraşdırılması nəzərdə tutulur.
Bu layihə Qaradağ rayonunda gənclərin idmana cəlb olunması, idman infrastrukturlarının gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyır.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...