Bakıda 5 klubun 225 gimnastının iştirakı ilə yarış keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün “Sports box” klubunun ilk açıq birinciliyi keçirilib.
BAKU.WS xəbər verir ki, yarışda sözügedən klub da daxil olmaqla Respublikanın 5 klubundan 5 kateqoriya üzrə 225 gimnast öz çıxışları ilə tamaşaçıların könlünü oxşayıblar.
Yarışı “Sports box” idman klubunun direktoru Leyla Musayeva açıq elan edib.
O, iştirakçılara uğurlar arzu edərək 20 illik tarixə malik Azərbaycan Gimnastika Federasiyasının ölkəmizdəki fəaliyyətindən söz açıb. Leyla Musayeva federasiyanın prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğını xüsusi olaraq vurğulayıb.
Tamaşaçıların nəzərinə çatdırmaq istəyirik ki, “Sports box” idman klubunun direktoru Leyla Musayeva 44 günlük ikinci Qarabağ müharibəsində şəhid olan Ataməli Musa oğlunun anasıdır.
Sonda iştirakçılar diplom və medallarla mükafatlandırılıblar.
Biz də öz adımızdan iştirakçıları təbrik edir, gələcək yarışlarda onlara uğurlar arzu edirik.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva İslamiadanın açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbay...