"Bakı-Xankəndi" velosiped yarışının maskotu üçün müsabiqə elan olunub
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı-Xankəndi" velosiped yarışının maskotunun hazırlanması üçün müsabiqə elan olunub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.
Qeyd olunub ki, federasiya tərəfindən yarışın maskotu kimi milli-mənəvi dəyərlərimizi, güc və dözümlülüyün simvolu sayılan Qarabağ atı seçilib.
Vurğulanıb ki, müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşması ilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanın mədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.
Qaliblərin federasiya tərəfindən qiymətli hədiyyə ilə təltif ediləcəyi və fəxri qonaq qismində yarışa dəvət olunacağı bildirilib.
Xatırladaq ki, yarış bu il 10-14 may tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...