“Azərreyl” 5 voleybolçu ilə müqaviləni yeniləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 5 oyunçu ilə müqaviləni yeniləyib.
“Report” xəbər verir ki, Azərbaycanı Çağırış Kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardından əsas heyətin 4 üzvü ilə sözləşmə bağlayıb.
Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova daha bir il “Azərreyl”in uğurları üçün çalışacaqlar.
Həmçinin, gənclər komandasının üzvü olan 15 yaşlı hücumçu Aişə Alismanova da yeni mövsümdən əsas heyətdə yer alacaq.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...