Azərbaycan–Lüksemburq oyununun hakimləri bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan – Lüksemburq oyununun hakimləri açıqlanıb.
BAKU.WS "Apasport.az"a saytına istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin noyabrın 11-dəki qarşılaşmasının təyinatlarını UEFA açıqlayıb.
Bakı Olimpiya Stadionundakı görüşü Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcək. Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki son oyununun baş hakimi Manuel Şuttenqruber olacaq.
Ona həmyerliləri Roland Brandnerlə Robert Steynaxer kömək edəcək. Dördüncü hakim funksiyası Yulian Veynbergerə tapşırılıb.
Harald Lexner VAR hakimi funksiyasını yerinə yetirəcək. Ona Sebastyan Gişamer kömək edəcək.
Oxşar xəbərlər
DÇ-2022: Azərbaycan - İrlandiya Azərbaycan millisinin qapısına ikinci qolu vurdu - YENİLƏNİB-3 - VİDEO
Bakı Olimpiya Stadionunda oynanılan və norveçli FIFA referisi Espen Eskasın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. BAKU.WS xəbər ver...