Azərbaycanlı qadın mütəxəssis UEFA-dan növbəti təyinat alıb

Azərbaycanlı qadın mütəxəssis UEFA-dan növbəti təyinat alıb
İdman 84

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Zümrüd Ağayeva qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupunda keçiriləcək Qazaxıstan - Rumıniya oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, iyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər