Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək
16
noy
2020
21:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.
Cabbarova Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...