Azərbaycanlı futbolçudan Türkiyəli həmkarlarına DƏSTƏK
18
okt
2019
20:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" klubunun əvəzedici komandasının futbolçusu Əlibəy Məmmədli I Divizionun VII turunda "Zaqatala"ya vurduğu qolu əsgər salamı ilə qeyd edib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilmiş oyunun 63-cü dəqiqəsində baş verib.Qeyd edək ki, qarşılaşma "Zaqatala"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) və Fransa ilə heç-heçə yekunlaşan (1:1) matçda vurduqları qollardan sonra əsgər salamı veriblər. UEFA həmin məsələyə görə Türkiyə yığmasına qarşı intizam işi açıb.
Oxşar xəbərlər
Ronaldodan "Yuventus"un türk futbolçusuna dəstək: "Şok oldum" - VİDEO
İtaliyada əsgər salamı verdiyi üçün tənqid olunan Merih Demiral maraqlı açıqlama verib.BAKU.WS xəbər verir ki, təlim məşq toplantısına gedən Merihə Kriştiano Ro...