Azərbaycanlı futbolçu Türkiyə klubuna qələbə qazandırıb
17
sen
2023
22:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə klubu “Tuzlaspor”a qələbə qazandırıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, müdafiəçi I Liqanın V turunda “Adanaspor”la görüşdə fərqlənərək, buna nail olub.
90 dəqiqəni əvəzlənmədən keçirən Həsənalızadənin 70-ci dəqiqədə vurduğu qol “Tuzlaspor”a doğma arenasında 3 xal bəxş edib - 2:1.
Bununla mövsümdə ilk qələbəsini qazanan “Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Konfrans Liqası: “Neftçi” Bakıda “Beşiktaş”a məğlub olub - YENİLƏNİB-8
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu “Beşiktaş”ı qəbul edib. Bak...