Azərbaycanlı azarkeşlər "Neftçi"nin Finlandiyadakı matçında problemlə üzləşdi - FOTO
12
avq
2021
19:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi"nin HİK-ə qarşı keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin oyunu üçün Finlandiyada olan azərbaycanlı azarkeşlər problemlə üzləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, fanatlar stadiona daxil olarkən biletlərinə uyğun yerdə əyləşə bilməyib.
Səlahiyyətli şəxs təhlükəsizliyi səbəb gətirərək onların əyləşməsinə mane olub. Daha sonra uzun müzakirələrdən sonra azarkeşlər tribunadakı yerlərini alıblar.
Qeyd edək ki, bu gün "Bolt Arena"da keçiriləcək HİK-"Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qalereya
Oxşar xəbərlər
HİK - "Neftçi" oyununda ev sahibi fərqi 3 qola çatdırdı - YENİLƏNİB
Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda 3-cü qol vurulub. BAKU.WS xəbər verir ki, HİK-in oyu...