Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb

Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb
Foto
İdman 93

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.

Ardınca o, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib.

Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər