Azərbaycanın voleybol millisi Gürcüstana qalib gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.
BAKU.WS xəbər verir ki, yığmamız İsveçdə təşkil olunan 1-ci tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib. Komandamız bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan millimiz 1-ci turu 3 xalla başa vurub.
Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 13-15 iyun tarixlərində ölkəmizdə təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz Lüksemburq və Macarıstan yığmaları olacaq.
Avropa Gümüş Liqası (kişilər)
I tur (İsveç)
6 iyun
Azərbaycan - İsveç 0:3 (13:25, 20:25, 14:25)
7 iyun
Gürcüstan - Azərbaycan 0:3 (20:25, 18:25, 18:25)
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...