Azərbaycanın U-15 millisi Monteneqroya qalib gəlib
18
sen
2025
18:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
BAKU.WS xəbər verir ki, Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-15 3:1 hesablı qələbə qazanıb.
Yığmanın heyətində qolları Həsən Mürşüdzadə (5), Xəzər Hüseynzadə (51) və Murad Məmmədov (81) vurublar.
Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu qolsuz heç-heçə nəticələnib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...