Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə sayı Vətən müharibəsinin müddəti qədərdir

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə sayı Vətən müharibəsinin müddəti qədərdir
İdman 59

Müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularAzərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək komandanın formalarının təqdimat mərasimi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, əvvəlcə tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

O bildirib ki, olimpiadaya 10 gün qalsa da, artıq nümayəndə heyətinin bəzi üzvləri oradadır.

Ç.Hüseynzadə idmançıların da Ordumuz kimi qələbələr qazanacağına əminlik ifadə edib: "Çox simvolik rəqəmlər var. Vətən müharibəsi də 44 gün davam etmişdi, vəsiqələrimizin sayı da 44 oldu. Bundan başqa, müstəqillik qazandıqdan sonra bizim üçün ilk sayılan Atlanta Yay Olimpiya Oyunlarına 1992-ci ilin məhz bu günü komanda şəklində qatılmışdıq. Qarşıdakı olimpiadada bizim medallarımız da, uğurlarımız da olacaq. Bizə lazım olan Azərbaycan xalqının dəstəyidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər