Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub
08
fev
2026
21:14
Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, idmançı "WTT Youth Star Contender Tunis 2026" turnirində U-15 kateqoriyasında əsas mükafata layiq görülüb.
Milli komandanın üzvü Tunisin eyniadlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütün oyunları qələbə ilə başa vuraraq, 1-ci yeri tutub.
Şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.
Oxşar xəbərlər
Nəriman üçün icazə alındı: ABŞ-yə gedir
"Kolambus Kryu" klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər v...