Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər
16
iyl
2024
20:37
Azərbaycanın stolüstü tennisçiləri İsveçin Malmö şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Ermənistan komandası üzərində qələbə qazanıb.
"Report" xəbər verir ki, 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar.
Komandamız gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.
Oxşar xəbərlər
Dünya futbolunun gənc istedadları bəlli oldu
İngiltərənin "The Guardian" qəzeti "2006-cı il təvəllüdlü ən yaxşı gənc istedadlar"ın siyahısını dərc edib. BAKU.WS sözügedən siyahını təqdim edir. Muslem Anatu...