Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Dördüncü Ənənəvi Minifutbol Turnirinə start verilir

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə sentyabrın 27-dən noyabrın 8-dək həvəskar komandalardan ibarət Dördüncü Ənənəvi Minifutbol Turnirinə start verilir.
BAKU.WS xəbər verir ki, bununla əlaqədar sentyabrın 24-də təşkil olunan tədbirdə turnir barədə məlumat verilib, qaydalar elan edilib və püşkatma olub.
Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirin təşkilatçısı jurnalist Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, "Real TV", AZƏRTAC, APA agentliklərinin, "Yurd Media" və Baku.ws portallarının informasiya dəstəyi, "Bee Tours", "Mister Tum"un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin - Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın qəhrəmanlıq nümunələrini yaşatmaq, həmçinin yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
O məlumat verib ki, ildə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda - "Ardanış", "Göyçə", "Sadaxlı", "Ada Təpə", "Novoivanovka" və "Media" təmsil olunub. 2023-cü ildə iştirakçı komandaların tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil etməsi xüsusi məna daşıyıb. Həmin ildə komandaların sayı 8 olub - "Qərbi Azərbaycan", "Zəngəzur", "Göyçə", "Loru-Borçalı", "İrəvan", "Çəmbərək", "Ardanış" və "Qaraqoyunlu" adı altında mübarizə aparıb. Medianı "Qərbi Azərbaycan" adı ilə AZƏRTAC, "Zəngəzur" adı ilə AzTV təmsil edib.
2024-cü ildə turnirdə 12 komanda - "Ardanış", AzTV, AZƏRTAC, Baku.ws, "Report" "Nərimanlı", "Veteranlar", "Turan", "Hərbçilər", "Gənclər", "Qoşabulaq" və "Göyçə" adı altında mübarizə aparıb. Yəni medianı 4 komanda təmsil edib.
Bu il isə turnirdə 12 komanda - AzTV, Baku TV, "Real TV", "Cəmiyyət", AZƏRTAC, APA, "Yurd Media", Baku.ws, "Vətən", "Veteranlar", "Zəfər 44", "Dəmir Yumruq" adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.
Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov diqqətə çatdırıb ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 1/4-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar finalda, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq.
Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti seriyası təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.
İştirakçı komandaların rəsmi nümayəndələri və kapitanları İman Məcidov (Baku TV), Cavidan Şükürov (AzTV), Bəkir Osmanov ("Real TV"), İmran Qədirov ("Cəmiyyət"), Fuad İsmayılov (AZƏRTAC), Rasim Sultanzadə (APA), Ziya Səfərli (Baku.ws), Murad Əliyev ("Yurd Media"), Azər Hüseynov ("Vətən"), İsrail İsmayılov ("Veteranlar"), Hidayət Xudiyev ("Dəmir Yumruq"), Saməddin Əhmədov ("Zəfər 44") çıxışlarında turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyədə qaydalara uyğun keçməsi üçün fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.
Vurğulanıb ki, xatirə turnirində qalib komandalara, eləcə də "ən yaxşı oyunçu", "ən çox qol vuran", "ən yaxşı qapıçı" və "nümunəvi komanda" nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış" komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilməsi nəzərdə tutulur. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu və bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-baş tutacaq.
Sonra heyətlər elan olunub:
Baku TV - İman Məcidov, Vüqar Qarayev, Ramin Cəfərov, Vilayət Babayev, Qismət Ağayev, Fərid Hacıyev, Cavid Səfərli, Rafiq Axundov, Nurani İsgəndərov, Seymur Əliyev, Taleh Sultanov, Ayaz Mirzəyev.
AzTV - Cavidan Şükürov, Əbilfəz Şamiyev, Tural Abdullayev, Fuad Eldarov, Lətif Qədimov, Sadiq Nağıyev, İbrahim Məmmədov, Dövlət Rzazadə, Həsən Babazadə, Bəhram Cəbrayılov, Mahir Qafarov, Elnur Məmmədov, Elvin Qulusoy, Sərxan Mustafayev.
"Real TV" - Bəkir Osmanov, Əhməd Mahmudov, Ağalar Ağalarov, Elçin Yusifov, Bəxtiyar Abbasov, Eldəniz Əhmədov, Gəray Qiyasov, Vüsal Şərifov, İsa Məmmədov, Elşən Nurullayev, Peyman Ağazadə, Vüsal Süleymanov.
"Cəmiyyət" - Vüqar Dadaşov, Elmir Məlikov, Maksim Tsurkov, Cəlaləddin İbişov, Tərlan İsmayılzadə, Qərib Orucov, Emil Mirzəliyev, Ülvi İsmayılov, Cavid Abbasov, İdrak Qəniyev, Fərman Həxiyev, Rüstəm Əhmədov, Yusif Cəbrayılov, Teymur Mikayilov.
AZƏRTAC - Fuad İsmayılov, Roman İsmayılov, İlkin Cavanşirov, Rəşad Xudiyev, Hikmət Əhmədov, Vüsal Tağıyev, Balamir Əzimov, Elnur Salahov, Ziya Ağayev, Elmir Səftərov, Fərid Səlimov, Aydın İsmayılov, Samir Hacıyev, Vüsal Nəbiyev.
APA - Rasim Sultanzadə, Nurşən Quliyev, Ulucay Akif, İsmayıl Xeyrullayev, Rüstəm Məmmədov, Əlirza Əlirzalı, Nasir Zülfüqarov, İman İmanlı, Aqil Lətifov, Kamil Əliyev, Orxan Həsəni, Əmir Quluzadə, Ağa Cəfərov
Baku.ws - Azad Əliyev, Şahin Həbibov, Rasim Aşurov, Elnar Almazov, Elçin Qasımov, Orxan Guseinov, İlqar Əliyev, Balabəy Orucov, Kənan Məmmədov, Vüqar Məmmədov, Emin Abdullayev, Elmar Əsədov, Emil Qənbərov.
"Yurd Media" - Murad Əliyev, Asif Nərimanlı, Elnur Muxtarov, Raqil Səfərli, Məğrur Salmanov, İlkin Muradov, Rövşən Atakişiyev, Qoşqar Salmanlı, Ariz Əhədov, Xəqani Əliyev, Eltac Nurullazadə, Əli Rzayev.
"Vətən" - Azər Hüseynov, Elvin İsmayılov, Qasım Məmmədov, Vüsal Hüseynov, Emin Ələsgərov, Ayxan Abbasov, Emil Bayramov, Elvin Cəfərov, Elçin İsmayılov, Ramin Musayev, Kamran Əhmədli, Rasim Həsənov.
"Veteranlar" - İsrafil İsmayılov, Şükür Məmmədalıyev, Ramiz Vəlizadə, Araz Qurbanov, Zaur Hüseynov, Bayram Süleymanov, Heydər Xudiyev, İmaməddin Zeynalov, Natiq Vəliyev, Əsgər İbrahimov, Elçin Mustafayev, Rəşad Məmmədalıyev, Orxan Qasimov, Nihad Zeynalov.
"Dəmir Yumruq" - Hidayət Xudiyev, Şah Xasıyev, Səhman Xasıyev, İlqar Xələfli, Ramiz Hüseynov, Rauf Aslanov, Emin Qasımov, Amid Cəfərov, Elçin Nəsibov, Ramin Qurbanov, Elçin Cuvarov, Samir Əliyev, Murad Vəliyev.
"Zəfər 44" - Saməddin Əhmədov, İsmayıl Qafarlı, Ruslan Bayramov, Fərrux Mahmudov, Murad Fərzəliyev, Babək Əliyev, Mirəhməd Rufullayev, Ramin Mikayılov, Elçin Zülfüqarov, Asif Məmmədov, Ramin Teyyubov, Dilqəm Məmmədov.
Sonda Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada qruplar və oyunlar belə müəyyənləşib:
A Qrupu - "Real TV", Baku.ws, APA
B Qrupu - Baku TV, AzTV, AZƏRTAC,
C QRUPU - "Dəmir Yumruq", "Zəfər 44", Yurd Media,
D QRUPU - "Cəmiyyət", "Veteranlar", "Vətən"
İlk oyun "Real TV" ilə Baku.ws arasında sentyabrın 27-də saat 19:00-da Bakı Tennis Akademiyasının stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Ağalar oğlu Əliyev xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb. Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş həmin şəxsləri "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi "Dalğa" verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu "Mi-8" vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Arif Hüseynzadə - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus "Mi-8" hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Onlar içərisində AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.
Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərov 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
OYUNLARIN CƏDVƏLİ
27 sentyabr - AÇILIŞ
A qrupu
19:00, "Real TV" - Baku.ws
B qrupu
20:00, AzTV - AZƏRTAC
28 sentyabr
C qrupu
22:00, "Dəmir Yumruq" - "Zəfər 44"
D qrupu
23:00, "Cəmiyyət" - "Veteranlar"
4 oktyabr
A qrupu
22:00, APA - Baku.ws
B qrupu
23:00, Baku TV - AZƏRTAC
5 oktyabr
C qrupu
22:00, Yurd Media - "Zəfər 44"
D qrupu
23:00, "Vətən" - "Veteranlar"
11 oktyabr
A qrupu
23:00, "Real TV" - APA
B qrupu
22:00, "Vətən" - "Cəmiyyət"
12 oktyabr
C qrupu
23:00, "Dəmir Yumruq" - Yurd Media
D qrupu
22:00, Baku TV - AzTV
18 oktyabr
1/4
22:00, A1-B2
23:00, C1-D2
19 oktyabr
1/4
22:00, B1-A2
23:00, D1-C2
26 oktyabr
YARIMFİNAL
22:00, A1/B2 - C1/D2
23:00, B1/A2 - D1/C2
1 noyabr
19:00, 3-cü yer
20:00, FİNAL - BAĞLANIŞ - MÜKAFATLANDIRMA

Oxşar xəbərlər
Sumqayıtda yaşayanların NƏZƏRİNƏ - Bu gündən etibarən...
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərindin qaz təchizatında məhdudiyyət olacaq. Bu barədə BAKU.WS-ə yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "A...
